AZ

Əkrəm Həsənov: Dövlətçiliyimizə görə Allahdan sonra Heydər Əliyevə borcluyuq"

Müstəqil Azərbaycan dövlətinin varlığı məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. 1993-cü ildə Heydər Əliyev olmasaydı, indi Fələstinin günündə olacaqdıq.

 

Pravda.az xəbər verir ki, bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.

 

Ə.Həsənovun sözlərinə görə, məhz Heydər Əliyevin dövlət quruculuğu sayəsində torpaqlar işğaldan azad edilib: "Həmçinin onun uğurlu neft strategiyası əsnasında. Həqiqət isə budur ki, Azərbaycan dövlətini elə Heydər Əliyev yaradıb. Bəxtimiz gətirdi ki, SSRİ respublikaların elmi və mədəni inkişafına şərait yaratdı və nəticədə millət kimi tam formalaşdıq. Belə bir anda da Heydər Əliyev kimi rəhbərimiz oldu və məhz onun sayəsində 90-cı illərdə dağılmadıq, məhv olmadıq. Bəli, dövlətçiliyi qorumaq üçün o, xeyli sərt addımlar atdı. Başqa cür mümkün deyildi. Başqa cür dövlət qurulmur. Bəli, əyintilər də var idi. Ömrünün 8-ci onilliyinə qədəm qoymuş bir nəfərin enerjisi və işzgüzarlığı nə qədər yüksək olsa da, hər yerə əli çatmırdı. Ətrafında da hərəsi bir xarici qüvvəyə işləyən çaqqallar... Kim nə deyir, desin (indi də, sonra da), dövlətçiliyimizə görə Allahdan sonra ona borcluyuq. Təki Allah dövlətçiliyimizi qorusun, əvvəl-axır onun rolu öz layiqli qiymətini alacaq".

Tarix: 10 May 2026, 11:15   
Seçilən
50
pravda.az

1Mənbələr