Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb və sakinlərə mənzillərin açarlarını təqdim edib.
Dövlət başçısı daha sonra Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlqoyma mərasimində iştirak edib.


