AZ

Emin Əmrullayev: Ucqar kənd məktəblərinin birləşdirilməsi təhlil olunur

BAKI, 10 may. TELEQRAF

Ucqar kənd məktəblərinin birləşdirilmə məsələsi hər il təhlil olunur. Hazırda da təhlillər davam edir.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrulayev Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, burada da məqsəd ondan ibarətdir ki, sistem daha da rasionallaşsln, təhsilin keyfiyyəti artsın:

"Çox az sayda uşaq olan məktəblərə müəllim göndərməyin özü də problemdir".

Seçilən
30
teleqraf.com

1Mənbələr