Mədəniyyət xadimləri və mədəniyyət naziri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Manset.az xəbər verir ki, mayın 10-da yaradıcılıq ittifaqlarının rəhbərləri, tanınmış mədəniyyət xadimləri və mədəniyyət naziri Adil Kərimli müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dahi siyasətçinin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Mədəniyyətimizin böyük himayədarının məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Ziyarət zamanı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.











