AZ

İsrail Livanı vurdu, 39 nəfər öldü

İsrail Livanın cənubunda bir sıra hücumlar həyata keçirib və ən azı 39 nəfərin ölümünə səbəb olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Livan tərəfinin məlumatına görə, hücumlardan sonra “Hizbullah” Şimali İsrailə, eləcə də Livanın cənubundakı İsrail qüvvələrinə raket və dronlar atıb.

Hava hücumları əsasən ölkənin cənub bölgələrinə edilib. İsrail ordusu hədəflərin infrastruktur və İranın dəstəklədiyi silahlı qrupla əlaqəli şəxslər olduğunu bildirib.

ABŞ prezidenti Donald Trampın 16 apreldə İsrail və Livan hökumətləri arasında atəşkəs razılaşması elan etməsinə baxmayaraq, İsrail və “Hizbullah” arasında hücumlar davam edir.

Musavat.com

Seçilən
17
50
musavat.com

10Mənbələr