AZ

Yevlaxdakı qəzada yaralananların DURUMU - Yenilənib

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

"Yevlax rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar mayın 10-da saat 07:20-dən başlayaraq 22 nəfər (9 kişi, 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən bir nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, birnəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir".

Murad İsmayıl

***

08:35

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
200
5
bakivaxti.az

10Mənbələr