AZ

Müğənni "Samsung"u məhkəməyə verdi

Məşhur müğənni Dua Lipa "Samsung" şirkətinə qarşı iddia qaldırıb. O, şirkətin müğənninin fotosundan icazəsiz istifadə etdiyinə görə məhkəməyə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

"Dua Lipa iddia edir ki, "Samsung" şirkəti onun fotosundan keçən il satışa çıxan televizor qutularında istifadə etməyə başlayıb. Məşhur 15 milyon dollar təzminat tələb edir", -məlumatda qeyd edilib.
Maraqlıdır ki, müğənni bundan xəbər tutanda şirkətdən fotodan qanunsuz istifadəni dayandırmağı tələb etsə də "Samsung" bu tələbə məsuliyyətsizlik yanaşıb. İddia olunur ki, məşhura hətta kobudluq göstərilib.

Seçilən
26
2
publika.az

3Mənbələr