AZ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Abşeron rayonunda qeyd edilib -Fotolar



Qalib və müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, onu əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron Rayon Ağsaqqallar Şurası və Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xırdalan şəhəri, Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin sədri Bilman Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından və Ümummilli Liderin xalqımız üçün misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, müstəqil, suveren və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, bu günki qələbələrimiz və nailiyyətlərimizin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan çıxışçıların sözlərinə görə, bütün bu nailiyyətlərimizin dərin özüllərini məhz Ümummilli Lider Heydər Əliyev qoyub. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız çox böyük tarixi uğurlar qazanıb. Vətən Müharibəsində əldə olunan şanlı qələbə, erməni işğalına son verilməsi, suverenliyimizin tam bərqərar olması və soydaşlarımızın öz yurdlarına qayıtması Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, uzaqgörənliyi sayəsində mümkün olmuşdur.

Tədbirin sonunda incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təqdim olunub.



Seçilən
77
50
aia.az

10Mənbələr