AZ

İran dünyanın 4 supergücündən biridir Hacıbabai

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran dünyanın dörd supergücündən biridir.

Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin vitse-spikeri Həmidrza Hacıbabai deyib.

Onun sözlərinə görə, son hadisələr ölkədəki sabitliyi pozmaq və xarici təzyiq göstərmək cəhdlərinin uğursuzluğunu göstərib və eyni zamanda İranın mövqelərinin möhkəmləndirilməsində yeni bir mərhələ başlayıb.

O, Tehranın strateji xəttinin dəyişməz qaldığını vurğulayıb.

Hacıbabai İranın regiondakı müttəfiqlərinin, o cümlədən İraq, Livan və Yəmən silahlı qüvvələrinin rolunu qeyd edərək, onların dəstəyinin xarici təzyiqə müqavimət göstərməkdə həlledici rol oynadığını bildirib. Hörmüz boğazındakı vəziyyətlə bağlı şərh verən Hacıbabai bildirib ki, bu strateji dəniz yolu de-fakto İranın nəzarəti altındadır və heç bir gəmi Tehranın razılığı olmadan oradan keçə bilməz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
axar.az

1Mənbələr