AZ

Sərhəddə həyəcan: Polşa ordusu hərəkətə keçdi

Polşanın Rusiya ilə sərhədində hərbi kəşfiyyat məqsədləri üçün istifadə olunan pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Musavat.com xəbər verir ki, dron Rusiyanın Kalininqrad vilayəti ilə yaxınlıqda, Bartosise şəhəri yaxınlığındakı tarlaya düşüb. Polşa hərbi polisinin yaydığı ilkin məlumata görə, tapılan aparat sırf müşahidə və kəşfiyyat üçün nəzərdə tutulmuş hərbi drondur və onun döyüş başlığı daşımadığı müəyyən edilib.

Ən çox diqqət çəkən məqam isə dronun gövdəsi üzərində kiril əlifbası ilə yazılmış yazıların aşkar olunmasıdır. Cihazın bir neçə yüksək keyfiyyətli kamera ilə təchiz edildiyi bildirilir. Polşa hüquq-mühafizə orqanları və hərbi ekspertlər hazırda dronun mənşəyini və hansı məqsədlə sərhəd zonasında uçuş həyata keçirdiyini araşdırırlar.

Hadisə NATO-nun şərq cinahında gərginliyin artdığı bir vaxtda xüsusi əhəmiyyət kəsb edir.

Ekspertlər hesab edirlər ki, bu cür aparatların sərhəd yaxınlığında peyda olması qarşı tərəfin kəşfiyyat fəaliyyətini intensivləşdirdiyinin göstəricisidir.

Hazırda dronun yaddaşındakı görüntülərin və texniki göstəricilərin tədqiqi davam etdirilir. Polşa rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi diplomatik nota verilmədiyini, lakin təhqiqatın nəticəsindən asılı olaraq lazımi addımların atılacağını bildiriblər. Sərhəd zonasında təhlükəsizlik tədbirləri gücləndirilib.

Musavat.com

Seçilən
31
16
musavat.com

10Mənbələr