AZ

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Bakı, 10 may, AZƏRTAC

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri mayın 10-da Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub, Uca Allahdan rəhmət dilənib.

Din xadimləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, xatirəsini əziz tutaraq ruhuna dualar oxuyublar.

Seçilən
32
2
azertag.az

3Mənbələr