AZ

Xızıda ağır qəza - Sürücü öldü

Xızı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Bayramov Şahin Mustafaoğlu həyat yoldaşının ad gününü qeyd etmək məqsədilə Xızı rayonuna gedərkən idarə etdiyi "Jeep" markalı avtomobilin idarəetməsini itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
3
manset.az

4Mənbələr