AZ

“Zangilan CityPark Hotel”in təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.

Marja xəbər verir ki, “PMD Group” MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.

Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.

Dövlətimizin başçısı yeni hotelin təməlini qoyub.

Seçilən
22
24
marja.az

10Mənbələr