AZ

Mirzoyan Putinin "sivil boşanma" fikrini şərh etdi: "Burada qeyri-adi heç nə yoxdur"

"Ermənistan lazımi vaxtda Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) xeyrinə qərar qəbul edəcək".

Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri ölkənin xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.

Erməni nazir bununla da Rusiya Prezidenti Vladimir Putinin "sivil boşanma" ilə bağlı fikirlərinə münasibət bildirib. "Səmimi desək, hazırda seçki kampaniyasının qızğın çağındayıq və bütün bəyanatları, detalları izləmək üçün o qədər də vaxtımız yoxdur. Ancaq xatırlatdığınız konkret məsələyə gəldikdə, həmişə bildirmişik ki, Ermənistanın Aİİ və Aİ arasında seçim etmə vaxtı yetişdikdə, təbii ki, biz bu seçimi edəcəyik. Burada qeyri-adi heç nə yoxdur. Hazırda biz Aİİ-nin üzvüyük və bu təşkilat çərçivəsində fəaliyyətimizi davam etdiririk", - deyə Mirzoyan bildirib.

Seçilən
90
publika.az

1Mənbələr