AZ

Starmer istefa verəcəyi ilə bağlı iddialara qəti cavab verdi

Böyük Britaniyanın Baş naziri Keir Starmer, İcmalar Palatasında (parlamentin aşağı palatası) hakim Leyborist Partiyasının bəzi üzvlərinin istefa verməsi çağırışlarına baxmayaraq, qarşıdakı illərdə hökumətə rəhbərlik etməyə davam edəcəyinə bildirib.

"Ölkə.az" xəbər verir ki, Starmer "The Daily Mirror" qəzetinə verdiyi müsahibədə növbəti ümumi seçkilərə Leyboristləri aparmayacağını bildirib.

"Mən həmişə on illik milli bərpadan danışmışam. Biz dəhşətli bir miras almışıq. Bu, sadəcə dağılmış iqtisadiyyat deyil. Dövlət xidmətləri məhv edilib. Vəziyyət əslində düşündüyümüzdən daha pisdir. Bizə 10 illik bərpa layihəsi lazımdır", - o bildirib.

Mümkün istefası ilə bağlı suala cavab olaraq Starmer iqamətgahında qalmaq niyyətində olduğunu deyib.

"2024-cü ilin iyul ayında seçildiyim vəzifədən ayrılmaq niyyətim yoxdur", - o vurğulayıb.

Elvin

Ölkə.az

Seçilən
32
2
olke.az

3Mənbələr