Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.
Busaat.az xəbər verir ki, açarların təqdim olunması zamanı 44 günlük Vətən müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə Dövlət başçısı arasında təsirli söhbət olub.
Prezident özünü yaxşı hiss etmədiyini bildirən şəhid atasını yola salmaq üçün ayrıca göstəriş verib.
Bu, Prezidentin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Qeyd edək ki, Sarıyev Samir Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 23 oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, medalları ilə tətif edilib.