Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı Azturk Holding kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
Newscenter.az xəbər verir ki, Holdingin prezidenti Güləli Bağırovun rəhbərliyi ilə keçirilən ziyarət zamanı ümummilli liderin Azərbaycan dövlətçiliyinə verdiyi misilsiz töhfələrə hörmət və ehtiram ifadə olunub.
Mərasim zamanı Ulu Öndərin əziz xatirəsi dərin hörmətlə yad edilib, onun müstəqil və güclü Azərbaycanın qurulması yolunda göstərdiyi tarixi xidmətlər xüsusi vurğulanıb. Azturk Holding əməkdaşları xalqımızın milli birliyinin və dövlətçilik ideologiyasının formalaşmasında Heydər Əliyevin rolunun əvəzsiz olduğunu bildiriblər.
Holdingin prezidenti Güləli Bağırov çıxışında qeyd edib ki, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir və ölkənin beynəlxalq nüfuzunun güclənməsində mühüm rol oynayır. O vurğulayıb ki, Azərbaycan gəncliyi və iş dünyası Ulu Öndərin dövlətçilik məktəbindən daim ilham almalıdır.
Mərasim yüksək ehtiram və milli birlik ruhu çərçivəsində baş tutub.
]
Süleyman İsmayılbəyli