Arda Turanın baş məşqçisi olduğu Donetsk "Şaxtyor"u Ukrayna Premyer Liqasında vaxtından əvvəl çempion olub.
QOL.az xəbər verir ki, klub Premyer Liqanın 27-ci turunda səfərdə "SK Poltava"nı 4:0 hesabı ilə məğlub edib.
10 may
"SK Poltava" - "Şaxtyor" - 0:4
Qollar: Krıskiv, 45+3, İsaque Silva, 55, 61, Traore, 67
Bu qələbədən sonra ən yaxın izləyicisi ilə xal fərqini 11-ə yüksəldən "Şaxtyor" mövsümün bitməsinə üç tur qalmış çempionluğu rəsmiləşdirib. Donetsk təmsilçisi tarixində 16-cı dəfə Ukrayna çempionu olub.
Qeyd edək ki, Arda Turan bu uğurla Avropada yüksək liqa çempionluğu qazanan ilk türkiyəli baş məşqçi kimi tarixə düşüb. Gənc mütəxəssis daha əvvəl "Eyüpspor"u Türkiyə 1-ci Liqasının qalibi edərək Superliqaya yüksəldib.