JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Hacıqabul Quşçuluq Şirkətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti könüllü qanvermə aksiyası keçirilib.

Aksiya şirkətin dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə müəssisənin ərazisində baş tutub. Tədbir Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilib.

Qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və qan ehtiyatını artırmaq məqsədilə təşkil olunan aksiyada şirkət əməkdaşları könüllü şəkildə iştirak edərək qan veriblər. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən həkimlər tərəfindən yoxlanılıb, ardından qan nümunələri götürülüb.

Bildirilib ki, toplanan qan ehtiyatı laborator müayinələrdən keçirildikdən sonra talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX