İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bəyan edib ki, Hörmüz boğazında hər hansı xarici hərbi gəminin mövcudluğu regionun militarizasiyasına və mövcud böhranın daha da dərinləşməsinə səbəb olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə diplomat özünün "X" hesabında paylaşım edib.
Qəribabadi Fransa, Böyük Britaniya və digər ölkələrin bölgəyə hərbi gəmilər göndərmək planlarına toxunaraq xəbərdarlıq edib ki, bu addım İrandan "qətiyyətli və təcili cavab" almağa zəmin yaradacaq. O vurğulayıb ki, həm müharibə, həm də sülh dövründə Hörmüz boğazının təhlükəsizliyini təmin etmək yalnız İran İslam Respublikasının səlahiyyətindədir və Tehran bu məsələyə kənar müdaxilələrə yol verməyəcək.
Aminə ŞAHSUVARQIZI