AZ

Rusiya Ukrayna dronlarını NATO ölkələrinə yönəldir – İDDİA

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanı Ukrayna dronlarını NATO ölkələrinin ərazisinə yönləndirməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, Andrey Sibiqa bildirib ki, Latviyada pilotsuz uçuş aparatlarının düşməsi ilə bağlı aparılan araşdırmalar Rusiyanın radioelektron mübarizə (REB) sistemlərinin müdaxiləsini ortaya çıxarıb.

Nazirin sözlərinə görə, Rusiya REB vasitələri Ukrayna dronlarını Rusiyadakı hədəflərdən yayındıraraq qonşu dövlətlərin istiqamətinə yönəldir. O qeyd edib ki, bu cür addımlar NATO sərhədləri yaxınlığında təhlükəsizlik riskini artırır və əlavə gərginlik yaradır.

 

Musavat.com

Seçilən
79
8
musavat.com

10Mənbələr