Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkiləri ölkədə mafiyaya qarşı mübarizənin son mərhələsi adlandırıb.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, hakimiyyət artıq 8 ildir mafiya ilə mübarizə aparır.
Biz sözün əsl mənasında 8 ildir mafiya ilə mübarizə aparırıq. Ermənistanda keçiriləcək bu seçkilər isə illərlə burada möhkəmlənmiş mafiyanın kökünün kəsilməsi üzrə son prosesdir, – deyə o bildirib.
Paşinyan daha əvvəl də mafiyaya qarşı cərrahi üsulla mübarizə aparmaq istədiyini söyləmişdi. Ermənistan baş naziri mafiya şəbəkələrinin parlamentdə, hökumətdə, məhkəmələrdə və istintaq orqanlarında yayıldığını qeyd edib.
Biz ədalət məsələsini cərrahi üsulla həll etməliyik, – deyə Paşinyan vurğulayıb.
Musavat.com