AZ

Tramp Netanyahu ilə İranı müzakirə etdi

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, tərəflər ABŞ-nin İranla bağlı nüvə sazişi təklifinə Tehranın verdiyi cavabı müzakirə ediblər. Tramp bildirib ki, bu mövzu telefon danışığının yalnız kiçik hissəsini təşkil edib.

ABŞ prezidenti İranla aparılan danışıqlara da toxunub. O qeyd edib ki, Netanyahu ilə söhbət çox yaxşı keçib.

“Bizim yaxşı münasibətlərimiz var, amma bu, mənim işimdir, başqasının yox”, – deyə Tramp vurğulayıb.

 

Musavat.com

Seçilən
113
5
musavat.com

7Mənbələr