AZ

Kapitan bu gözəl qola görə mükafatını aldı - VİDEO

II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəki Siti"nin yarımmüdafiəçisi Rəsul İbrahimov mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifinə mükafatı 26-cı turun "Şəki Siti" - "Göygöl" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

Həmin qol XXII tur çərçivəsində baş tutan “Şəki Siti” - “Ağstafa Gəncləri” oyununda qeydə alınıb.

Qarşılaşmanın 8-ci dəqiqəsində “Şəki Siti”nin kapitanı rəqib qapıçının öz mövqeyini tərk edərək irəli çıxmasını görərək, topu meydanın mərkəzindən tora qovuşdurub.

Lakin vurulan bu baxımlı qol “Şəki Siti”ni məğlubiyyətdən qurtara bilməyib. Oyun qonaqların - “Ağstafa Gəncləri”nin 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Rəsul İbrahimovun qolunun videosunu təqdim edirik:

Seçilən
105
sportinfo.az

1Mənbələr