AZ

"Mehr": Müctəba Xamenei döyüş hazırlığının gücləndirilməsi barədə göstəriş verib

İranın Ali rəhbəri Müctəba Xamenei İslam Respublikasının döyüş hazırlığının gücləndirilməsi barədə göstəriş verib.

 

Məlumatı İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığı Mərkəzi Qərargahının komandanı Əli Abdullahiyə istinadən "Mehr" Agentliyi yayıb.

 

"Rəhbər düşmənin yanlış hesablamasına qarşı mübarizə aparmaq üçün yeni göstəriş verib", - Ə. Abdullahi bildirib.

 

Onun sözlərinə görə, M. Xamenei ilə görüşdə silahlı qüvvələrin hazırlığı barədə hərtərəfli hesabat təqdim edilib.

 

Görüş zamanı Xamenei ölkənin silahlı qüvvələrini tərifləyib və ABŞ ilə İsrailin ölkəyə qarşı 40 günlük müharibəsindən sonra fəaliyyətləri davam etdirmək və düşmənlərlə qətiyyətlə mübarizə aparmaq üçün yeni göstərişlər verib.

Seçilən
9
5
senzor.az

9Mənbələr