AZ

Yük vaqonunda 6 nəfərin meyiti tapıldı

ABŞ-ın Texas ştatının Laredo şəhərində yerləşən dəmiryolu stansiyasında yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb.

Bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.

Məlumata görə, ölən şəxslərin kimliyi və ölüm səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır.

Qəzet qeyd edir ki, Laredo ABŞ-Meksika sərhədində yerləşir. Hadisədən əvvəl şəhərdə havanın temperaturu 32 dərəcəni keçib və vaqonların içərisində temperaturun daha da yüksəldiyi bildirilir.

Rəsmilər hələlik ölənlərin ABŞ sərhədini keçməyə çalışan miqrantlar olub-olmadığını təsdiqləməyib. Bununla belə, nəşr son on ildə oxşar hadisələrin bir neçə dəfə baş verdiyini xatırladıb./lent.az

Seçilən
46
6
musavat.com

10Mənbələr