AZ

Yaraları necə sağaltmaq olar?

Yaraların düzgün şəkildə müalicə olunması həm sağalma prosesini sürətləndirir, həm də infeksiya riskini azaldır.

"Ölkə.az" xəbər verir ki, kiçik kəsik, sıyrıq və ya zədələr ev şəraitində düzgün qulluqla qısa müddətdə sağala bilər.

Yaranı təmizləmək vacibdir
Yara yaranan kimi ilk növbədə əllər sabunla yuyulmalıdır. Daha sonra zədələnmiş nahiyə ilıq su altında təmizlənməli, torpaq və ya digər yad cisimlərdən arındırılmalıdır. Lazım gəldikdə steril tənzifdən istifadə etmək olar.

Spirt və ya yod kimi güclü maddələrin birbaşa açıq yaraya çox istifadə olunması toxumaları qıcıqlandıra bilər. Buna görə antiseptik vasitələr ehtiyatla tətbiq edilməlidir.

Qanaxmanı dayandırmaq
Kiçik qanaxmalar adətən bir neçə dəqiqə ərzində dayanır. Bunun üçün təmiz tənzif və ya sarğı ilə yaraya yüngül təzyiq göstərmək kifayətdir. Əgər qanaxma uzun müddət davam edirsə və ya güclüdürsə, həkimə müraciət edilməlidir.

Yaranın örtülməsi
Təmizlənmiş yara steril sarğı və ya plastırla örtülməlidir. Bu, mikrobların yaraya daxil olmasının qarşısını alır və sağalma üçün uyğun mühit yaradır. Sarğı gündəlik dəyişdirilməli və yara daim təmiz saxlanmalıdır.

Sağalma prosesini sürətləndirən amillər
Yaranın daha tez sağalması üçün orqanizmin düzgün qidalanması mühüm rol oynayır. Xüsusilə zülal, C vitamini və sinklə zəngin qidalar toxumaların bərpasını sürətləndirir. Kifayət qədər su qəbul etmək və yuxu rejiminə diqqət etmək də vacibdir.

Siqaret çəkmək və stres isə sağalma prosesini ləngidə bilər.

Aşağıdakı hallarda mütləq tibbi yardım almaq lazımdır:

Yara dərin və böyükdürsə
Güclü qanaxma dayanmasa
Yarada irin, şişkinlik və ya qızartı yaranarsa
Hərarət yüksələrsə
Heyvan dişləməsi və ya paslı əşya ilə zədə baş veribsə

(Axşam.az)

Seçilən
6
2
olke.az

3Mənbələr