Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul–Katmandu reysi Nepal paytaxtındakı Tribxuvan beynəlxalq hava limanına eniş zamanı alovlanıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədəhava limanı administrasiyası məlumat yayıb.
İlkin mənbəyə görə, eniş zamanı təyyarənin şassi təkərlərindən birində yanğın baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarə uçuş-enmə zolağı ilə hərəkət edərkən şassi hissəsində alov və tüstü müşahidə olunur.
Məlumata əsasən, təyyarədə ekipaj üzvləri daxil olmaqla 284-289 nəfər olub. Onların hamısı təxliyə çıxışları vasitəsilə təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.