AZ

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinib

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bildirib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.

Seçilən
42
7
apa.az

10Mənbələr