AZ

Tribunadan verilən söz gerçək oldu: Ləvəngi Nərimana çatdırıldı VİDEO

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-də çıxış edən “Kolambus Kryu” klubunun futbolçusu və Azərbaycan millisinin üzvü Nəriman Axundzadə azərbaycanlı azarkeşlərlə görüşüb.

İdman.Biz xəbər verir ki, MLS-in Şərq Konfransının VIII turunda “Nyu-Enqland Revolyuşn”a qarşı keçirilən oyundan sonra tribunadan ona səslənərək dəstək olan həmyerlimiz Ceyhun Əlizadə futbolçuya söz verdiyi ləvəngini təqdim edib.

ABŞ-də yaşayan azərbaycanlı azarkeş bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdə Ceyhun Əlizadənin əvvəl dediyi “Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” sözlərinin reallığa çevrildiyi əks olunub.

Qeyd edək ki, qarşılaşma “Kolambus Kryu”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəriman Axundzadə oyuna 88-ci dəqiqədə ehtiyat oyunçular skamyasından daxil olub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr