AZ

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır: Səbəb ukraynalı uşaqlardır

Avropa İttifaqı xarici işlər nazirləri mayın 11-də Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə Kaya Kallas xarici işlər nazirlərinin toplantısına gələrkən açıqlama verib.

Kallas bildirib ki, sanksiyalar Ukraynadakı müharibə zonasından uşaqların xüsusi hərbi əməliyyatın əvvəlində Rusiyaya təxliyə olunması ilə əlaqədardır.

“Ukraynalı uşaqlar məsələsində sanksiyalar qəbul etməklə bu gün irəliyə doğru addım atacağımıza ümid edirik”, - deyə o vurğulayıb.

Məlumata görə, yeni tədbirlər çərçivəsində bir sıra şəxslərin Avropa İttifaqının qara siyahısına salınması nəzərdə tutulur. Həmin şəxslərə Aİ ölkələrinə giriş qadağan ediləcək, eləcə də onların Avropa banklarındakı aktivləri dondurulacaq.

Aminə ŞAHSUVARQIZI

Seçilən
25
1
redaktor.az

2Mənbələr