İran ABŞ və İsrailin kəşfiyyat xidmətlərinin xeyrinə casusluğa görə məhkum olunmuş şəxsi edam edib.
7News.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Mizan" məhkəmə informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, Erfan Şakurzadə peyk fəaliyyəti ilə əlaqəli elmi təşkilatda işləyib. O, məxfi elmi məlumatları xarici xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunub.
"İran İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti" hüquq müdafiə təşkilatının məlumatına görə, aerokosmik mühəndislik fakültəsinin 29 yaşlı məzunu 2025-ci ildə həbs edilib.