Daxili İşlər Nazirliyi son iki gün ərzində ölkə ərazisində qeydə alınan cinayət və hüquq pozuntuları ilə bağlı məlumat yayıb. 1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 9-u və 10-da qeydə alınan 91 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 67 nəfər saxlanılıb. Onlardan 47-si borclu şəxs qismində axtarışda olan şəxslərdir və aidiyyəti üzrə təhvil veriliblər. Eyni zamanda, narkotiklərlə əlaqəli 48 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib. Məlumata əsasən, cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.