AZ

Bakıda motosiklet yerüstü piyada keçidinə çırpılıb, sürücü ölüb

Bakıda motosikletin yerüstü piyada keçidinə çırpılması nəticəsində sürücü ölüb.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.

Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
14
11
anews.az

10Mənbələr