Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.
Vladimir Putinin iştirak etdiyi tədbirdə yaşanan maraqlı an sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə Rusiya liderinin tədbir zamanı ona əl uzadan görmə əngəlli xanımı əvvəlcə fərq etmədən keçdiyi görünür. Lakin bir neçə addım sonra vəziyyətin fərqinə varan prezident geri qayıdaraq həmin xanımla səmimi şəkildə görüşüb.
Putinin xanımla diqqətli davranışı və mehriban münasibəti tədbirdə iştirak edənlərin də diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri bu addımı humanist davranış kimi qiymətləndirərək müxtəlif müsbət rəylər yazıblar.
Görüntülər qısa müddətdə geniş yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Hüseyn
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.