AZ

Türkiyəyə məxsus sərnişin təyyarəsi Nepalda yanıb

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəyə məxsus sərnişin təyyarəsi Nepalda hava limanında yanıb.

Ölkə.az “Nepal news”ə istinadən xəbər verir ki, İstanbuldan Nepal paytaxtına uçan Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi Katmandu hava limanına eniş edərkən yanıb.

Təyyarədə dördü uşaq da daxil olmaqla 277 sərnişin olub. Sərnişinlər uğurla təxliyə edilib, lakin xilasetmə əməliyyatı zamanı bəziləri yüngül xəsarətlər alıb.

"Yanğın artıq yanğınsöndürənlər vasitəsilə lokallaşdırılıb. Təyyarədəki bütün sərnişinlər təhlükəsizdir", - məlumatda bildirilir.

Hadisədən sonra Katmandu hava limanında beynəlxalq uçuşlar dayandırılıb.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
4
olke.az

5Mənbələr