AZ

AFP: “Nərgiz Məhəmmədi zaminə buraxılıb”



France-Presse (AFP) agentliyi xəbər verir ki, güneyli insan haqları fəalı və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda bazar günü girov müqabilində həbsxanadan zaminə buraxılıb və tibbi müalicə üçün Tehrana köçürülüb. Nərgiz Məhəmmədinin fondu bildirib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra "şərti cəza və ağır girov müqabilində" azadlığa buraxılıb və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb. Onun tərəfdarları daha əvvəl Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini və həyatının təhlükədə olduğunu bildirmişdilər. "Nərgiz Məhəmmədinin həyatı təhlükədədir," – deyə onun həyat yoldaşı Tağı Rəhmani açıqlama verib. İRADƏ
Seçilən
43
9
baki-xeber.com

10Mənbələr