AZ

Dünyanın ən gözəl kəndində qorxulu ənənə: Ölülər muzeyi Günay Yelmarqızının reportajı VİDEO

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

MOTSARTIN VƏTƏNİNDƏN DÜNYANIN ƏN GÖZƏL KƏNDİNƏ

AVSTRİYADA NƏLƏR GÖRDÜK?

Bakupost.az ATV kanalının aparıcısı, tanınmış jurnalist Günay Yelmarqızı Avropa səfərindən növbəti təəssürat materialını təqdim edir.

(Bundan əvvəlki materialla BURADAN tanış ola bilərsiz)

Dünyanın ən gözəl kəndi adlandırılan Hallstattı görmək aruzusu bizi Avstriyaya gətirib çıxarıb. Səfərə Zalsburqdan başlayırıq - Motsartın Alp diyarındakı vətənindən.

Bura Avstriyanın "qeyri-rəsmi mədəniyyət paytaxtı" hesab olunur. “Şimalın Roması” adlandıranlar da var. Deyilənə görə, şəhərin memarlığı italyan memarlığını xatırladır.

Geniş prospektləri, nəhəng heykəlləri və hər addımda Motsartı xatırladan detalları ilə klassik Avropa şəhəri.

Bu şəhərdə hər şey bir az Motsartdır. Onun doğulduğu Getraydeqasse küçəsindəki ev, Makartplatts küçəsində yaşadığı bina, adını daşıyan musiqi festivalları, bu şəhərdə ən çox ziyarət olunan ünvanları sihaysındadır.

Sazlburqlular 5 yaşında musiqi bəstləyən, cəmi 35 il ömür sürməsinə baxmayaraq, musiqi tarixində silinməz iz qoyan bu dahi ilə haqlı olaraq fəxr edir.

Şəhərin mərkəzində üzərində sadə geyimli insan fiquru olan qızılı kürə diqqət çəkir.

Bu müasir sənət nümunəsi sadə bir həqiqəti xatırladır - DÜNYADA BİR ZƏRRƏ OLDUĞUNU UNUTMA EY İNSAN…

Elə bu kürənin ətrafında uzunluğu 250, eni 150 metr olan möhtəşəm qala ucalır. Avropanın bu günə qədər qorunan ən böyük orta əsr qalalarındandır. Qalaya çıxmaq üçün hələ də dünyanın ən qədim funikulyor xəttindən istifadə edilir.

Zalsburqdan qatarla möhtəşəm bir Hallastada gedirik. Alp dağlarının ətəyində nağılvari bir kəndə. Dağlarla əhatə olunmuş bu mənzərəli qədim məkan 2-3 mərtəbəli taxta evləri, şəffaf gölü və unikal mədəniyyəti ilə tanınır.

Halstatla bağlı ilkin təəssüratlarımız çox gözəldi. Dogrudanda bura dünyanın ən gözəl kəndlərindən biridir. Kəndi gəzdikcə heyran oluram. Bu kənd 7000 illik tarixi ilə dünyanın ən qədim duz mədənlərinə ev sahibliyi edir.

Məhz bu kənddə dünyanın ən unikal məzarlığı yerləşir. Məzarlığı unikal edən burdakı ənənədir.

Məhdud yer səbəbindən məzarlar təkrar istifadə olunur, kəllə sümükləri rəngələnərək bir yerə toplanır. Bu qəribə ənənə 1700-cü ildən davam edir. Kəllə sümükləri ailələrə görə qruplaşdırılır, üzəri ölüm tarixləri, xaç, rəngli çiçək naxışları ilə bəzədilir. Hallstatlılar bunu sevginin simvolu kimi qəbul edir.

Məncə elə bu kənd özü də sevgi doludur. İnsan ruhunun, qəlbinin dinclik tapdığı unikal bir məkan….

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
www.bakupost.az

1Mənbələr