Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibə zonasından uşaqların təxliyəsinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Publika.az "kp.ru"ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Avropa xarici işlər nazirlərinin görüşündə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bir neçə şəxsin Aİ-nin "qara siyahı"sına əlavə edilməsi planlaşdırılır. Bu siyahıya Aİ ölkələrinə girişin qadağan edilməsi və onların bank aktivlərinin dondurulması daxildir.