AZ

Pezeşkian müharibədə darmadağın edilən kəşfiyyat təşkilatını bərpa edir

BAKI, 11 may. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian polis qüvvələrinin komandanı Əhmədrza Radan və “Fərəcə” təşkilatının rəhbərliyi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Hökumət avadanlıq təmin etməyi, zədələnmiş mərkəzləri bərpa etməyi və “Fərəcə”nin əməliyyat qabiliyyətini və ona dəstəyi artırmağı özünün əsas vəzifələri arasında hesab edir. Bu baxımdan lazım olan hər şeyi ciddi şəkildə həyata keçirəcək və təmin edəcək.

Məhdudiyyətlər və imkanların olmamasına baxmayaraq, “Fərəcə” İranın daxili təhlükəsizliyinin təmin edilməsi sahəsində təsirli, nüfuzlu və fədakar mövqeyə malikdir. Hökumət bu kompleksin gücləndirilməsində bütün zəruri dəstəyi göstərməyi özünün borclu olduğunu düşünür”, - Pezeşkian bildirib

ABŞ və İsraillə son müharibə zamanı İranın polis komandanlığına məxsus bir çox obyekt və mərkəz dağıdıcı hava hücumlarına məruz qalıb.

Qeyd edək ki, “Fərəcə” İranın ali rəhbəri (indiki halda Müctəba Xamenei – red.) yanında kəşfiyyat təşkilatıdır, hüquq-mühafizə orqanlarının komandanlığına bağlıdır, məlumat, rabitə və sənədlərin monitorinqi və nəzarəti üzrə cavabdehdir. “Fərəcə”nin komandanı İranın ali rəhbəri tərəfindən təyin edilir.

Seçilən
37
teleqraf.com

1Mənbələr