AZ

Dəniz quldurluğuna son qoyun- Baqai Vaşinqtona qoyulan tələblərin gizli detallarını açdı

İran və ABŞ arasında davam edən gərgin diplomatik qarşıdurma fonunda rəsmi Tehrandan diqqətçəkən bəyanat gəlib.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai ölkəsinin danışıqlar prosesində ABŞ-dan hər hansı xüsusi güzəşt tələb etmədiyini bildirib.

Baqainin sözlərinə görə, Tehranın əsas tələbi bölgədə müharibənin dayandırılması və İran gəmilərinə qarşı yönəlmiş "dəniz quldurluğuna" son qoyulmasıdır.

"Biz Amerikadan güzəşt istəməmişik. Əksinə, biz müharibənin dayandırılmasına və gəmilərimizə qarşı dəniz piratlığının bitməsinə çağırmışıq",-deyə XİN rəsmisi vurğulayıb.

O, İranın Vaşinqtona təqdim etdiyi təklifləri "səxavətli və məsuliyyətli" adlandıraraq, diplomatik həll üçün topun ABŞ tərəfində olduğuna işarə edib.

Baqai həmçinin qeyd edib ki, İranın dəniz ticarətinə mane olan istənilən addım beynəlxalq hüququn pozulmasıdır və Tehran öz maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcək.

Bu bəyanat Donald Trampın İranın mövqeyini "qəbuledilməz" adlandırmasından və neft qiymətlərinin kəskin artmasından sonraya təsadüf edir.

Hazırda Ağ Evin İranın bu "səxavətli təklifləri"nə necə reaksiya verəcəyi və Hörmüz boğazındakı blokadanın taleyi dünya birliyini narahat edən əsas mövzulardan biri olaraq qalır.

Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr