AZ

Gürcüstan yeni Katolikos-Patriarxını seçir

Gürcüstan Pravoslav Kilsəsinin yeni – 142-ci Katolikos-Patriarxı bu gün keçirilən genişləndirilmiş kilsə şurasında seçilir.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki,  tədbir Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilir və yerli vaxtla saat 13:00-da başlayıb. Şurada təxminən 1200 nümayəndə iştirak edir. İclas çərçivəsində patriarxal taxt-taca namizədlərin çıxışları, yeparxiya nümayəndələrinin məruzələri və Gürcüstan Katolikos-Patriarxı titulunun tarixi ilə bağlı təqdimat nəzərdə tutulub. Tədbirin bir hissəsi Gürcüstanın Birinci Kanalı vasitəsilə canlı yayımlanır. Səsvermədə yalnız patriarxlar iştirak edir. Yeni Katolikos-Patriarx seçilmək üçün namizəd ən azı 20 səs toplamalıdır. Əgər ilk turda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə etməzsə, ən çox səs qazanan iki namizəd arasında ikinci tur keçiriləcək. Patriarx postuna əsas namizədlər Senaki və Çxorotsku mitropoliti Şio (Mujiri), Mroveli-Urbenisi mitropoliti İob (Akiaşvili) və Poti-Xobi mitropoliti Qriqoli (Berbiçaşvili)dir. Məlumata görə, ilkin səsvermədə Şio (Mujiri) 20 səs toplayıb. Digər iki namizədin hər biri isə 7 səs əldə edib. Yeni Patriarxın taxta çıxma tarixinin də bu gün açıqlanacağı gözlənilir. Qərarı seçilmiş Patriarx özü müəyyən edəcək. Qeyd edək ki, Gürcüstan Katolikos-Patriarxının seçilməsi proseduru 1995-ci ildə Svetitsxoveli Kafedralında keçirilən Gürcüstan Kilsəsinin XIII Genişləndirilmiş Şurasında qəbul edilmiş əsasnamə ilə tənzimlənir. Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.

Seçilən
40
8
bakivaxti.az

7Mənbələr