AZ

Brüssel Putini sülhə vadar etmək üçün yeni plan hazırlayır

Brüssel Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırlayır və əsas hədəf Rusiya neftinin dünyaya daşınması üçün istifadə edilən kölgə donanması tankerləridir. 

Ölkə.az “politico”ya istinadən xəbər verir ki,  Brüssel  bu vasitə ilə Kremlin ən vacib gəlir mənbələrindən birini kəsməyə və Putinə Ukrayna üçün istənilən sülh müqaviləsində maksimalist tələblərindən imtina etməsi üçün təzyiqi artırmağı düşünür.
İyunun sonu və ya iyulun əvvəlində tətbiq edilməsi ehtimal olunan 21-ci sanksiyalar paketinin Rusiya banklarını, maliyyə qurumlarını və hərbi-sənaye şirkətlərini, eləcə də oğurlanmış Ukrayna taxılını satan firmaları hədəf alacağı gözlənilir.

Avropa İttifaqı bunu həm də, Macarıstanın keçmiş Baş naziri Viktor Orban tərəfindən əvvəllər bloklanmış sanksiyalarla irəliləmək üçün bir fürsət görürlər. 
Brüsseldəkilər hesab edir ki, Rusiya iqtisadiyyatı Ukrayna ilə müharibə başlayandan bəri ən pis vəziyyətdədir və ona görə də indi daha çox iş görməyin vaxtıdır.

Rusiya "statik inflyasiya şokundan" əziyyət çəkir.  

Rusiyanın iqtisadi cəhətdən üzləşdiyi vəziyyəti dəyərləndirən Brüssel hesab edir ki, təzyiqlər öz bəhrəsini verə və Kremli Kiyevlə sülhə  məcbur edə bilər.
 
Mürtəza

Seçilən
47
2
olke.az

3Mənbələr