AZ

7 dəqiq ötürmə, sarı vərəqə, qapıya 0 zərbə Mahir daha nə etdi?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mayın 8-də Mahir Emreli uzun fasilədən sonra, nəhayət, yaşıl meydana çıxmaq imkanı qazanıb. O, “Kayzerslautern”in “Arminiya”nı 2:0 hesabıyla məğlub etdiyi oyunun 65-ci dəqiqəsində Bassettenin əvəzinə meydana çıxıb. Onda hesab 2:0 idi, artıq oyunun taleyi həll olunmuşdu. Bununla belə…Mahir 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Meydanda olduğu müddətdə qapıya zərbə vurmayıb. 9 ötürməsindən 7-si dəqiq alınıb. Top 13 dəfə Mahirə gəlib. Bunu iki dəfə də rəqib cərimə meydançasında bacarıb. 4 təkbətək mübarizədən qalıb ayrılan həmvətənimiz iki dəfə sürətli reyd etməyə çalışıb, biri dəqiq olub. “Kayzerslautern” 49 xalla 6-cı pillədə qərarlaşıb.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
icma.az

2Mənbələr