AZ

Bakı-Xankəndi veloyürüşünün ikinci mərhələsi başa çatıb

Bakı-Xankəndi veloyürüşünün ikinci mərhələsi başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu raundda idmançılar "Sea Breeze"dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər.

Mərhələnin qalibi Qazaxıstanın “Astana” komandasını təmsil edən Yevgeniy Federov olub.

İsveçrəli Aleksandr Balmer ikinci, uruqvaylı Erik Antonio Faqundez üçüncü yeri tutub.

Qeyd edək ki, ilk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko qalib gəlib.

"Cebheinfo.az"

Seçilən
16
3
cebheinfo.az

4Mənbələr