Ukrayna prezidenti Vladimir Zelenski pilotsuz uçuş aparatları (PUA) sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə məlumat verib.
"Far.Az"un məlumatına görə, Ukrayna prezidenti bu barədə "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, dron layihələrində artıq təxminən 20 ölkə iştirak edir, 4 saziş imzalanıb və hazırda bu sazişlər çərçivəsində ilk müqavilələr hazırlanır.
"Digər ölkələrlə biznes üçün yol açacaq siyasi razılaşmalar üçün hazırlıq prosedurları aparılır", - Zelenski qeyd edib.
Bununla yanaşı o əlavə edib ki, PUA sahəsində əməkdaşlıq artıq praktiki nəticələr verir, o cümlədən enerji sektorunun gücləndirilməsi və daxili bazarın zəruri resurslarla təmin edilməsi. Gələcəkdə bu sazişlərin maliyyə və texnoloji effektinin genişlənməsi gözlənilir.
"Yaxın Şərq və Fars körfəzi, Cənubi Qafqaz və Avropadan başqa, pilotsuz uçuş aparatları üzrə sazişlər çərçivəsində biz tezliklə dünyanın digər regionları ilə də təhlükəsizlik sahəsində yeni əməkdaşlığa başlayacağıq", - o yazıb.