AZ

Tsarukyan baş nazir olmaq istəmir: Amma Paşinyanın yerinə 4 namizədi var

"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan baş nazir olmaq istəmədiyini, lakin partiya lideri vəzifəsinə namizədliyini irəli sürə biləcəyini bildirib.

Publika.az xəbər verir ki, o, bu açıqlamanı Razdan sakinləri ilə görüşündə verib.

"Tsarukyan baş nazir olmaq istəmir. Mən sizə söz verirəm. Deyə bilərəm ki, partiyamdan özüm baş nazir olacağam: çünki onu mən yaratdım, uğur qazandım, mən bu torpağın və suyun adamıyam. Amma lazımsız söhbətlərdən qaçmaq üçün belə bir məqsədimin olmadığını bəyan edirəm", - deyə o qeyd edib.

Onun sözlərinə görə, partiyanın baş nazir vəzifəsinə təcrübəsi, əlaqələri olan və artıq nəticə nümayiş etdirən dörd potensial namizədi var.

Seçilən
57
publika.az

1Mənbələr