AZ

Bəzi rayonlara dolu düşəcək

Bəzi rayonlara dolu düşəcək

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də əsasən günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Seçilən
81
49
afn.az

10Mənbələr