AZ

Bakıda Beynəlxalq standartlara cavab verən Kliniki Psixologiya Mərkəzi Mayak

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Ağ Şəhərdə Xəqani Rüstəmov 8 ünvanında yerləşən "Mayak Psixologiya Mərkəzi" artıq qapılarını hər kəsin üzünə açır. Mərkəzdə Beynəlxalq təcrübəyə malik mütəxəssislərlə canlı və onlayn psixoterapiya xidmətlərdən yararlana bilərsiniz.

"MAYAK"LA QARANLIQDAN İŞIĞA DOĞRU

Burada peşəkar psixoloqlar tərəfindən həm fərdi, həm də qrup terapiyaları keçiriləcək. Mərkəzin əsas məqsədi insanların daxili dünyasına mayak olmaq, onların həyatında daha sağlam və balanslı qərarlar verməsinə kömək etməkdir. Mərkəzdə profisional mütəxəssislər tərəfindən müxtəlif psixoloji ehtiyaclara uyğun peşəkar xidmətlər təqdim olunur. Elmi əsaslı terapiya yanaşmalarla konfidensial və təhlükəsiz bir mühit sizi gözləyir. Burada siz sadəcə danışmayacaqsınız, həqiqətən dinlənilib və anlaşıldığınızı hiss edəcəksiniz.

"Mayak kliniki Psixologiya Mərkəzi"ndə Beynəlxalq təcrübəyə malik mütəxəssislərlə canlı və onlayn psixoterapiya xidmətlərdən yararlanaraq həyat keyfiyyətinizi artırmaq istəyirsinizsə, elə indi addım atın. Unutmayın, bəzən ən doğru yolu tapmaq üçün sadəcə bir işığa ehtiyac olur… "Mayak Psixologiya Mərkəzi" ilə özünüzü yenidən kəşf edin.

ÜNVAN:AĞ ŞƏHƏR, XƏQANİ RÜSTƏMOV 8

Əlaqə nömrəsi 050 866 68 82

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
baku.ws

2Mənbələr