AZ

Paşinyan Putinə cavab verdi: Seçim etmək zərurəti yaranarsa…

Ermənistan, digərləri kimi, Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olaraq qalır.

Publika.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan jurnalistlərə verdiyi müsahibədə bildirib.

"Biz AİB-nin tamhüquqlu üzvləriyik və onun bir hissəsi olduğumuz müddətcə bütün proseslərdə iştirak edirik. Hazırda bu məsələni qaldırmağa ehtiyac yoxdur və biz onu gündəliyə salmağa hazırlaşmırıq. Referendum obyektiv ehtiyac yarandıqda keçiriləcək", - deyə o qeyd edib.

O, Rusiya prezidenti ilə bu mövzuda işgüzar müzakirələr apardığını bildirib. Paşinyan AİB və Aİ haqqında açıq danışdığını və de-yure ilə de-fakto arasında seçim etmək zərurəti yaranana qədər bu məsələnin hazırkı kabinetin gündəliyinə daxil edilməyəcəyini bildirib.

Seçilən
15
4
publika.az

10Mənbələr